İnterpolun axtardığı Türkiyə vətəndaşı Gürcüstanda saxlanıldı

İnterpolun axtardığı Türkiyə vətəndaşı Gürcüstanda saxlanıldı Hadisə

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları ölkəsində bir neçə ağır cinayətə görə İnterpol tərəfindən axtarışda olan Türkiyə vətəndaşını saxlayıblar.

News24.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.

"Saxlanılan şəxs ağır kateqoriyalı müxtəlif cinayətlər törətdiyinə görə Türkiyə hüquq-mühafizə orqanlarının sorğusu əsasında İnterpolun Qırmızı Bülleteni ilə axtarışda olub. Ona qarşı Türkiyə Cinayət Məcəlləsinin dörd maddəsi üzrə - cinayətkar təşkilatın yaradılması, rəsmi sənədlərin saxtalaşdırılması, oğurluq və etibardan sui-istifadə maddələri üzrə ittiham irəli sürülüb", - deyə məlumatda qeyd edilib.

Gürcüstan hüquq-mühafizə orqanlarının əməkdaşları Türkiyə vətəndaşını Batumidə saxlayıblar. Onun barəsində artıq ekstradisiyadan əvvəlki prosedurlar başlayıb.