İran Ronaldo ilə bağlı açıqlama - YAYDI
Hadisə
İranın İspaniyadakı səfirliyi portuqaliyalı hücumçu Kriştiano Ronaldonun iranlı rəssam Fatimə Həmamini öpdüyünə görə ona qarşı fiziki cəza verilməsi ilə bağlı məlumatı şərh edib.
News24.az xəbər verir ki, açıqlama səfirliyin “X” sosial şəbəkə hesabında yerləşdirilib.
“Onun Fatimə Həmami ilə səmimi və insani görüşü həm xalq, həm də ölkənin idman rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib və rəğbətlə qarşılanıb”, - deyə məlumatda bildirilir.