İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istədilər - FOTOLAR

İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istədilər - FOTOLAR Hadisə

İrandan Azərbaycana Pilotsuz Uçuş Aparatı (PUA) ilə narkotik keçirilməsinin qarşısı alınıb.

Bu barədə News24.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının "Horadiz" və "Göytəpə" sərhəd dəstələrinin xidməti ərazilərində ümumilikdə 22 kiloqram 900 qram narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Keçirilmiş kompleks əməliyyat-qoşun tədbirləri nəticəsində hava məkanına qanunsuz daxil olan pilotsuz uçuş aparatları aşkarlanaraq zərərsizləşdirilib.

Hadisə yerlərinə baxış zamanı "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində 15 kiloqram 400 qram, "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində isə 7 kiloqram 500 qram narkotik vasitə götürülüb.

Faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.


  • İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istədilər - FOTOLAR

  • İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istədilər - FOTOLAR