İraqda partlayış: - Ölənlər var
Hadisə
İraqda yola düşən partlayıcı qurğu bir ailəni məhv edib. Səlahəddin şəhərində Beyci-Tikrit yolunda quraşdırılan partlayıcı qurğu axşam saatlarında avtomobil keçərkən işə düşüb.
News24.az xəbər verir ki, partlayışdan sonra vasitədə olan 6 nəfərlik ailə həyatını itirib.
İstintaqda təhlükəsizlik mənbələri yol kənarındakı partlayıcı qurğunun 2014-cü ildə İraqın böyük bir hissəsini işğal edən terror təşkilatı İŞİD-in geridə qoyduğunu bildirib.
Günel Məlikzadə