İrəvanda hava limanında oğurluq - Cavad adlı şəxs saxlanıldı

İrəvanda hava limanında oğurluq - Cavad adlı şəxs saxlanıldı Hadisə

İrəvanın “Zvartnots” Beynəlxalq Hava Limanında külli miqdarda oğurluq hadisəsi baş verib.

News24.az xəbər verir ki, oktyabrın 28-i saat 07:00 radələrində Rusiya vətəndaşı, 29 yaşlı Alla V. “Zvartnots” hava limanının polis şöbəsinə müraciət edərək Moskva–İrəvan reysi ilə hava limanına gəldiyini bildirib.

Daha sonra gəliş zalında çantasından sənədlərinin və pulunun oğurlandığını aşkar edib.

Məlumata görə, polis əməkdaşları Alla V.-ni şöbəyə dəvət ediblər. O, çantasında sənədlərlə yanaşı, 8 min ABŞ dolları və 50 min Rusiya rublunun da olduğunu bildirib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində “Zvartnots” hava limanının polis əməkdaşları oğurluqda şübhəli bilinən şəxsin kimliyini müəyyən ediblər.

Hadisədən dərhal sonra 27 yaşlı Almaniya Federativ Respublikasının vətəndaşı Cavad N. saxlanılaraq polis şöbəsinə aparılıb.