İşlədiyi istixanada cərəyan vurdu, vəziyyəti ağırdır

İşlədiyi istixanada cərəyan vurdu, vəziyyəti ağırdır Hadisə

Salyan rayonunda istixanaların birində bədbəxt hadisə baş verib.

News24.az xəbər verir ki, iyunun 3-ü saat 13 radələrində Qəbələ rayon sakini 1975-ci il təvəllüdlü Şahnəzər Şahverən oğlu Hafizovu işlədiyi Qaraçala qəsəbəsinin ərazisindəki istixanada elektrik cərəyanı vurub.

Xəstəxanaya yerləşdirilmiş Ş.Hafizovun vəziyyəti ağırdır.

Araşdırmalar aparılır. // Qafqazinfo