İsmayıllıda ağır qəza - 2 ölü, 6 yaralı - YENİLƏNDİ
Hadisə
İsmayıllı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlər var.
News24.az xəbər verir ki, hadisə rayonun Təzəkənd-Diyallı yolunda qeydə alınıb.
"Lynk & Co" və "Hyundai" markalı avtomobillər toqquşub. Qəza nəticəsində "Hyundai"da olan iki nəfər ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır./Report
12:55
İsmayıllı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, 6 nəfər xəsarət alıb.
News24.az xəbər verir ki, qəzada xəsarət alanlar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
16:09
Muğanlı-İsmayıllı magistral yolunun Diyallı kənd ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 7 nəfər (4 kişi, 3 qadın) 20.08.2026-cı il tarixində saat 12:15 radələrində İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən News24.az-a verilən xəbərə görə, daxil olarkən pasiyentlərdən 6-nın vəziyyəti ağır olaraq qiymətləndirilib.
Hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Bir nəfər (kişi) valideynlərinin istəyi ilə tibbi xidmətdən imtina edib.
Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, vəziyyəti ağır qiymətləndirilən 1966-cı il təvəllüdlü şəxsin (qadın) saat 12:47-də ölüm faktı qeydə alınıb. Digər şəxslərin müalicəsi davam etdirilir.
Hadisə nəticəsində 02.07.2026-cı il təvəllüdlü körpənin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.