İsmayıllıda ağır qəza - Ölən var - YENİLƏNDİ

İsmayıllıda ağır qəza - Ölən var - YENİLƏNDİ Hadisə

İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi olub.

News24.az xəbər verir ki, hadisə martın 19-da saat 23 radələrində rayon ərazisində qeydə alınıb. Məlumata görə, “VAZ-21099” və “Hyundai” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində “VAZ” markalı avtomobilin sürücüsü, 35 yaşlı Ayaz Mirzəyev aldığı xəsarətlərdən vəfat edib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır. // Unikal

09:29


İsmayıllıda baş verən qəzada xəsarət alanlardan biri (1991-ci il təvəllüdlü kişi) ölüb.

News24.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildiriblər.

Qeyd olunub ki, qəzada dörd nəfər (iki kişi və iki qadın) rayonun Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

"1997 və 1988-ci il təvəllüdlü qadınlar, həmçinin 2000-ci il təvəllüdlü kişiyə bədənin çoxsaylı travmaları, başın təpə nahiyəsinin əzilmiş, kəsilmiş yarası diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.

Onların vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.