İsmayıllıda EV YANDI

İsmayıllıda EV YANDI Hadisə

İsmayıllıda fərdi yaşayış evi yanıb.

News24.az xəbər verir ki, hadisə rayonun Kürdmaşı kəndində qeydə alınıb.

Yanğın zamanı kənd sakini Həmidov Teymur Həmid oğluna məxsus ümumi sahəsi 150 kv metr olan birmərtəbəli kürsülü ev yanar konstruksiyaları ilə birlikdə yanaraq külə dönüb. 

Hadisə yerinə FHN-nin İsmayıllı rayon Yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğın söndürülüb və genişləndirilməsinin qarşısı alınıb.Faktla bağlı araşdırma aparılır.(bizimmedia)