İsmayıllıda qəza - Traktor iki hissəyə parçalandı, 4 yaralı var

İsmayıllıda qəza - Traktor iki hissəyə parçalandı, 4 yaralı var Hadisə

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, qəza rayonun Topçu kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “BYD” markalı minik avtomobili yol kənarında dayanmış traktora çırpılıb.

Güclü zərbənin təsirindən traktor iki yerə bölünüb. Hadisə nəticəsində 4 nəfər xəsarət alaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

İlkin məlumata görə, həkim müayinəsindən sonra xəsarət alan şəxslərə ambulator tibbi yardım göstərilib və onlar evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır./qafqazinfo.az