İsmayıllıda qəzada 2 nəfər ağır yaralandı – FOTOLAR

İsmayıllıda qəzada 2 nəfər ağır yaralandı – FOTOLAR Hadisə

İsmayıllı rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, qəza rayonun Xanəgah kəndi ərazisində qeydə alınıb.

Belə ki, "KİA" markalı avtomobilin sürücüsü Qəbələ rayonu istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı avtomobildəki Qəbələ rayon sakini olan iki nəfər ağır bədən xəsarəti ilə İsmayıllı rayon mərkəzi xəstəxanasına aparılıb. Hazırda fakt araşdırılır. (Report)

İsmayıllıda qəzada 2 nəfər ağır yaralandı – FOTOLAR İsmayıllıda qəzada 2 nəfər ağır yaralandı – FOTOLAR