İsmayıllıda toyda zəhərlənənlərin sayı 31 oldu - YENİLƏNDİ

İsmayıllıda toyda zəhərlənənlərin sayı 31 oldu - YENİLƏNDİ Hadisə

İsmayıllı rayonu, Hacıhətəmli kəndində həyətyanı sahədə təşkil edilən toy məclisində kütləvi zəhərlənmə hadisəsi baş verib.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, 24 nəfər zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Hazırda xəstələrin vəziyyəti yaxşıdır. İlkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Agentliyin əməkdaşları tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub. Araşdırmaların nəticələrinə uyğun tədbirlər görüləcək.


İsmayıllıda baş verən zəhərlənmə hadisəsi ilə bağlı 31 nəfər (23 qadın, 8 kişi) 20.08.2026-cı il tarixində saat 15:30 radələrində Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin vəziyyətləri qənaətbəxş qiymətləndirilib. Onlar ambulator müalicə üçün evə buraxılıblar.