İstanbulda avtobus alışdı - Ölən və yaralananlar var
Hadisə
Türkiyənin İstanbul şəhərində sərnişin avtobusun baryerə çırpılıb alışması nəticəsində iki nəfər ölüb, biri ağır olmaqla, səkkiz sərnişin yaralanıb.
News24.az "Haber Global"a istinadən xəbər verir ki, yaralılar xəstəxanaya çatdırılıb.
İddiaya görə, yağışlı hava səbəbindən sürüşkən yolda sürücünün idarəetməni itirdiyi Diyarbəkir - İstanbul reysini həyata keçirən 23 AFA 634 dövlət nömrə nişanlı sərnişin avtobusu baryerə çırpılıb.
Ətrafdakıların xəbərdarlığı əsasında hadisə yerinə yanğınsöndürən, tibb və polis qrupları cəlb edilib.