İstanbulda güllələnən 12 yaşlı Abbasın FOTOLARI

İstanbulda güllələnən 12 yaşlı Abbasın FOTOLARI Hadisə

Xəbər verdiyimiz kimi, İstanbulun Küçükçekmece rayonunda silahlı qarşıdurma zamanı 12 yaşlı azərbaycanlı Abbas Məmiyev güllə yarası alıb.

Hadisə zamanı yaralanan Abbasın fotoları yayılıb.

Sentyabrın 6-da Halkalı bölgəsində iki nəfər arasında başlayan mübahisənin silahlı davaya çevrilməsi zamanı Abbas təsadüfi gülləyə tuş gəlib. Dostları ilə futbol oynamaq üçün küçəyə çıxan 12 yaşlı uşağın dabanına güllə dəyib.

Hadisədən sonra xəstəxanaya çatdırılan Abbas əməliyyat olunub və dabanındakı güllə çıxarılıb. Onun vəziyyətinin stabil olduğu bildirilib.

Məlumata görə, azərbaycanlı ailənin övladı olan Abbas hadisədən cəmi iki həftə əvvəl futbol məktəbinə yazılıb. Atası Əflatun Məmiyev oğlunun futbol arzularının bu hadisə nəticəsində yarımçıq qalmasından təəssüfləndiyini bildirib.

12 yaşlı Abbasın fotolarını təqdim edirik./nocomment.az/

İstanbulda güllələnən 12 yaşlı Abbasın FOTOLARI İstanbulda güllələnən 12 yaşlı Abbasın FOTOLARI İstanbulda güllələnən 12 yaşlı Abbasın FOTOLARI