İstanbulda iş adamı sui-qəsdin qurbanı oldu
Hadisə
İstanbulda kosmetik məhsullar satan firmanın sahibi Kemal Çağlar Temel iş yerinin qarşısında sui-qəsd nəticəsində öldürülüb.
News24.az "Unikal"a istinadla xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, mütəşəkkil cinayətkarların lideri Alaattin Çakıcıya yaxınlığı ilə tanınan Temel silahlı hücum nəticəsində həyatını itirib. Temelə iş yerinin qarşısında silahlı basqın törədən şəxs isə ərazidən taksi ilə qaçıb.