İtən rus turistdən xəbər yoxdur

İtən rus turistdən xəbər yoxdur Hadisə

Marmarisdə gəzinti zamanı itən rus turistin axtarışları davam edir.

News24.az xəbər verir ki, avqustun 11-də Rusiyanın paytaxtı Moskvadan Marmarisə tətilə gələn Rusiya vətəndaşı Natalya Somova avqustun 17-də səhər saatlarında Karian Yolu trekində tək atdığı gəzintidən geri qayıtmayıb.

Avqustun 19-da Rusiyaya dönüş bileti olan Somovaya ilə əlaqə saxlaya bilməyən yaxınları vəziyyəti Marmaris Rayon Polis Şöbəsinin ictimai asayiş qruplarına bildiriblər.

Komandalar Somovanın Karian Yolu trekinə girdiyini təsbit etdikdən sonra gecə saatlarında axtarışa başlayıblar.

Qeyd edək ki, Marmaris Asayiş Bürosu qrupları və AFAD mərkəzi ilə koordinasiyada, Marmaris Bələdiyyəsi Axtarış və Xilasetmə (MABKE), Datça Mahallesi Fəlakət Könüllüləri Dərnəyi (MAG-AME-DER), Datça və Marmaris Məhəlləsi Fəlakət Könüllüləri Təcili Müdaxilə Dərnəyi (MAG/AMESAR), Sahil qrupları, təhlükəsizlik qrupları, jandarma təqib itləri, 9 insansız hava aparatı və 1 PUA ilə gecə-gündüz axtarış işlərini davam etdirir.

Günel Məlikzadə