İtkin düşən 14 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verildi
Hadisə
İtkin düşən, axtarışda olan 14 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
DİN-in mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, martın 19-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 14 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.