İtkin düşən uşağın meyiti tapıldı
Hadisə
Rusiyanın Buryatiya vilayətində bir gün əvvəl itən 8 yaşlı uşaq ölü tapılıb.
News24.az Lent.az-a istinadla bildirir ki, uşağın meyitinin Biçura çayından tapıldığı qeyd olunur.
Xatırladaq ki, aprelin 16-da 8 yaşlı oğlan Krasnopartizanskaya küçəsində yerləşən evdən uşaq meydançasına getmək üçün çıxıb. O vaxtdan bəri uşağı heç kim görməyib.