İtləri öldürən tutuldu
Hadisə
Rusiyanın Primorsk diyarının cənubunda yerləşən məntəqələrində 100-dən çox it yoxa çıxıb.
News24.az yerli mətbuata istinadən xəbər verir ki, uzun axtarışlardan sonra "canilər" taplıb.
Belə ki, Amur pələngləri bir ay ərzində 100-dən çox iti yeyib.
Primorsk diyarının ovçuluq nəzarəti şöbəsinin mütəxəssisləri tərəfindən Amur pələnglərinin tutulub meşəyə qaytarılması istiqamətində işlər aparılır.
Ağa Dadaşzadə