İzmirdə güclü partlayış - Ölənlər var
Hadisə
Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda partlayış baş verib.
News24.az xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.
İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda partlayışda 3 həlak olub. 3-ü ağır olmaqla 14 nəfər isə yaralanıb.
Qeyd olunub ki, əraziyə çoxlu sayda yanğınsöndürmə briqadaları, təcili tibbi yardım qrupları və polis əməkdaşları cəlb olunub.