Kababda donuz əti - TAPILDI
Hadisə
Türkiyədə Köfteci Yusufda donuz əti aşkarlanması ilə gündəmə gələn qida yoxlamalarında yeni qalmaqal ortaya çıxıb.
News24.az bildirir ki, Konyada bir yemək müəssisəsində Adana küftə və Adana kabablarında donuz əti aşkarlanıb. Konyanın Əmirqazi rayonundakı “Muhtar Xanımın Yeri” adlı iş yerində “Sağlamlığı Təhlükə Edən Qidalar” siyahısına əsasən, Adana küftə və Adana kabab məhsullarından tapılan donuz əti əhalinin narazılığına səbəb olub.
Zəhraxanım Şeydayeva