"KamAZ” 87 yaşlı kişinin üstündən keçdi

"KamAZ” 87 yaşlı kişinin üstündən keçdi Hadisə

Qusarda “KamAZ” 87 yaşlı kişini vuraraq öldürüb.

News24.az xəbər verir ki, Qusar rayon Urva kəndində Gəray Tariquliyev idarə etdiyi “KamAZ” markalı yük avtomobili ilə həmkəndlisi 87 yaşlı Məhərrəm Şeydayevin yaşadığı evin həyətinə qum boşaldarkən M.Şeydayev yıxılıb və G.Tariquliyev yük avtomobilini geriyə hərəkət etdirərkən onun üzərindən keçib.

Hadisə yerində Məhərrəm Şeydayev ölüb.

Faktla bağlı araşdırma aparılır.