Kameraların olmadığı otaqlarda nə baş verir? - Bakıdakı bağça ilə bağlı iddia - VİDEO

Kameraların olmadığı otaqlarda nə baş verir? - Bakıdakı bağça ilə bağlı iddia - VİDEO Hadisə

"EOS uşaq inkişaf mərkəzi"ndə baş verən hadisə ilə bağlı araşdırma aparılır.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nəzrin Adıgözəlzadə məlumat verib.

Onun sözlərinə görə, yayılan görüntülər polis tərəfindən araşdırılır. Azyaşlıya qarşı zorakı hərəkətlərin edilməsi ilə bağlı həm valideyn, həm də mərkəzin rəhbərliyi polisə müraciət edib. Hər iki müraciət üzrə prosessual araşdırmalar davam etdirilir./oxu.az


18:12

Paytaxtın Badamdar qəsəbəsində yerləşən uşaq bağçasında uşaqların zorakılığa məruz qaldığı iddia olunur.

News24.az xəbər verir ki, söhbət "EOS Junior" uşaq bağçasından gedir.

Valideynin iddiasına görə, bağçadakı uşaqlar müşahidə kameraları olmayan otaqlara aparılaraq döyülür və onlara hədə-qorxu gəlinir.

Şikayətçi bildirib ki, uşaqlara qarşı zorakılıq edən şəxs bağçanın direktorudur. Onun sözlərinə görə, həmin qadınla bağlı dəfələrlə şikayət edilsə də, o, uşaqlara qarşı zorakılıq göstərməkdə davam edib.

Valideyn həmçinin qeyd edib ki, bağçadan çıxarılan uşaqlar hazırda psixoloji dəstək alırlar.

Bağçanın icraçı direktoru Şəfəq Həsənzadə isə həmin əməkdaşın işdən çıxarıldığını və məsələ ilə bağlı hüquqi qiymətləndirmə aparıldığını bildirib.

News24.az-ın məlumatına görə, hadisə ilə bağlı polis araşdırma aparır./baku.ws