Kanalda batan yeniyetmənin meyiti çıxarıldı – YENİLƏNDİ
Hadisə
Samux rayonunda kanalda batan 2014-cü il təvəllüdlü Mirmusa Musayevin meyiti sudan çıxarılıb.
News24.az xəbər verir ki, Şəmkir Su Kanalının Samux rayonunun Qarabağlar kəndindən keçən hissəsində batan uşağın meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri tərəfindən aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. (Unikal)
***17:50
Samuxda bir nəfər kanalda batıb.
News24.az xəbər verir ki, hadisə rayonun Qarabağlar kəndində qeydə alınıb.
Belə ki, bir nəfər kənd ərazisindən keçən kanalda batıb.
Dərhal hadisə yerinə FHN-in əməkdaşları cəlb edilib./APA