Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Kəlbəcərdə hərbçilər qəzaya düşdü Hadisə

Kəlbəcər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə Qozlu Körpü kəndi ərazisində qeydə alınıb. Belə ki, hərbçiləri daşıyan "VAZ-21015" markalı maşın "Daf" markalı avtomobillə toqquşub. Qəza zamanı "VAZ-21015"də olan 5 nəfər xəsarət alıb.

Yaralı hərbçilər xəstəxanaya yerləşdirilib.