Kəlbəcərdə partlayış - Xəsarət alan var – YENİLƏNDİ

Kəlbəcərdə partlayış - Xəsarət alan var – YENİLƏNDİ Hadisə

Kəlbəcər rayonunda baş verən partlayış hadisəsi nəticəsində xəsarət alan 1987-ci il təvəllüdlü İsgəndərov Sərxan Ələsgər oğlu 21.07.2026-cı il tarixində saat 17:10 radələrində Gəncə Birləşmiş Xəstəxanasına hospitalizasiya olunub.

News24.az-ın xəbərinə görə, TƏBİB-dən bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Qeyd edilib ki, xəsarət alan şəxs yazılı iltizamnamə əsasında tibbi xidmətdən imtina edib və tibb müəssisəsindən buraxılıb.

***15:01

Kəlbəcər rayonunun Zəylik kəndi ərazisində sursat partlayışı hadisəsi baş verib.

News24.az xəbər verir ki, bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.

Bildirilib ki, 1987-ci il təvəllüdlü Qazax rayon sakini İsgəndərov Sərxan Ələsgər oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən sursat partlayışı nəticəsində xəsarət alıb.

Faktla bağlı Kəlbəcər Rayon Prokurorluğunda araşdırma aparılır.