Şəki sakinləri Bakıda dənizdə batdılar

Şəki sakinləri Bakıda dənizdə batdılar Hadisə

Bakıda dənizdə iki nəfər boğularaq ölüb.

News24.az xəbər verir ki, bu barədə mərhumların yaxınları sosial şəbəkədə məlumat paylaşıblar.

Hadisənin avqustun 22-də paytaxtda yerləşən çimərliklərin birində baş verdiyi bildirilib.

Şəkinin Baş Layısqı kənd sakinləri olan 26 yaşlı İntiqam Məmmədov və 20 yaşlı Nihat Səlimov dənizdə boğularaq həyatlarını itiriblər.

Hər iki gəncin meyiti sudan çıxarılıb və onlar kəndlərində dəfn edilib./Unikal

Şəki sakinləri Bakıda dənizdə batdılar