İki yeniyetmə tonqala düşərək xəsarət alıb

İki yeniyetmə tonqala düşərək xəsarət alıb Hadisə

Gəncədə 14 yaşlı oğlan bayram tonqalına düşərək yanıq xəsarətləri alıb. 


News24.az xəbər verir ki, hadisə şəhərin Şeyx Bahəddin küçəsində qeydə alınıb. 


2006-cı il təvəllüdlü Mehdiyev Əli İlham oğlu ocağı yandırarkən ehtiyatsızlıqdan yanıb. 14 yaşlı oğlan dərhal xəstəxanaya çatdırılıb. Ona üzünün və əlinin 1-ci və 2-ci dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub, vəziyyətinin kafi olduğu bildirilir. 


Digər hadisə isə şəhərin Mikayıl Hüseynov küçəsində qeydə alınıb. 2006-cı il təvəllüdlü Abbasov Rəşad Rizvan oğlu tullanan zaman tonqala düşüb. O, dərhal yaxınları tərəfindən xəstəxanaya çatdırılıb və lazımi tibbi yardım olunub. Xəstəyə sağ yuxarı ətrafın 1-ci və 2-ci dərəcəli yanıq diaqnozu qoyulub, vəziyyətinin orta ağır olduğu bildirilir.