Şəkidə 3 nəfəri it DİŞLƏDİ
Hadisə
Şəkidə 3 nəfəri it dişləyib.
News24.az xəbər verir ki, ötən gün sahibsiz küçə itlərinin hücumu nəticəsində 3 nəfər şəhər sakini müxtəlif bədən xəsarətləri alıb.
1956-cı il təvəllüdlü Ələddin İsayev və 2016-cı il təvəllüdlü Murad Həsənzadəyə şəhər ərazisində küçə iti hücum edərək xəsarətlər yetirib.
Daha bir hadisə isə Şəkinin Baş Göynük kəndində qeydə alınıb. 1967-ci il təvəllüdlü Nəcibə Məmmədovaya küçə iti xəsarət yetirib.
Hər üç şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlk növbədə quduzluq əleyhinə vaksinlər vurulub, müalicələri ambulator şəraitdə evlərində davam etdirilir. /Bizim.Media/