Şəkidə 4 nəfəri çaqqal dişlədi - YENİLƏNDİ
Hadisə
Sentyabrın 11-i saat 11:10 radələrində yırtıcı heyvan dişləməsi səbəbilə 4 nəfər (2 kişi, 2 qadın) Şəki Rayon Mərkəzi Xəstəxanasınn Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Pasiyentlərə bədənin müxtəlif nahiyələrinin açıq yarası diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri stabil qiymətləndirilən şəxsləri ambulator müalicə üçün evə buraxılıb.
***
Şəki şəhərində 4 nəfər çaqqal hücumuna məruz qalıb.
News24.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin M.Ə.Rəsulzadə prospektində baş verib.
71 yaşlı Oktay Əliyev, Töhvə Məmmədova (71), Reyhanə Muxtarova (61) və Sənan Əmirlini (36) küçədə çaqqal dişləyib.
Xəsarət alan şəxslər Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda onların müalicəsi davam etdirilir.\Report