Şəkidə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Şəkidə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var Hadisə

Şəkidə yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

News24.az xəbər verir kihadisə axşam saatlarında Şəki-Qax avtomobil yolunun Şəkinin İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata əsasən, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində xəsarət alan şəxslər Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər. Hazırda yaralılara ilkin tibbi yardım göstərilir, müayinələri aparılır və şəxsiyyətləri dəqiqləşdirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub./APA.az