Şəkidə güclü yanğın baş verdi

Şəkidə güclü yanğın baş verdi Hadisə

Şəkidə güclü yanğın baş verib.

News24.az xəbər verir ki, iki ailəyə məxsus ev tamamilə yanıb, daha iki ailəyə məxsus evə isə ciddi ziyan dəyib.

Ötən gün axşam saatlarında Şəkinin Dodu məhəlləsində bir damın altında tikilmiş hazırda yaşayış olmayan və sahibləri məlum olmayan iki ailəyə məxsus ikimərtəbəli fərdi yaşayış evində güclü yanğın baş verib. Yanğın genişlənərək qonşu evlərə də keçib.

Yanğın nəticəsində bir dam altında tikilmiş sahibləri məlum olmayan iki ailəyə məxsus ikimərtəbəli evin yanar konstruksiyaları tam yanıb. Yanan evə bitişik tikilən Xalidə Əliyevaya məxsus ikimərtəbəli 5 otaqlı evin isə dam örtüyünün və köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Məsud Məmmədova məxsus birmərtəbəli iki otaqlı evin isə dam örtüyü 15 kv/m-lik sahəsinin yanar konstruksiyaları yanıb. Evlərin qalan hissələri və yaxınlıqdakı digər evlər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır. Bahəddin Abdulhəşimov