Şəkidə kənd sakinini ilan sancdı
Hadisə
Şəki sakinini ilan sancıb.
News24.az xəbər verir ki, 30 yaşlı Şirzad Süleymanov yaşadığı evin həyətyanı sahəsində təsərrüfat işləri görərkən ilan onun sağ ayağının pəncə nahiyəsini sancıb.
Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralıya ilkin tibbi yardım göstərilib və ilan zəhərinə qarşı zərdab vurulub.
Şirzad Süleymanovun vəziyyəti ağır qiymətləndirilir. Hazırda onun müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir. /Yeni Sabah/