Şəkidə qəza: bir ailənin 4 üzvü yaralandı – FOTO/VİDEO

Şəkidə qəza: bir ailənin 4 üzvü yaralandı – FOTO/VİDEO Hadisə

Şəkidə iki avtomobilin toqquşması nəticəsində bir ailənin dörd üzvü xəsarət alıb.

News24.az xəbər verir ki, hadisə axşam saatlarında şəhərin M.Ə.Rəsulzadə prospektində qeydə alınıb. “Toyota” və “VAZ-2107” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində avtomobillərdən birində olan bir ailənin dörd üzvü xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə çatdırılıblar. Onların xəsarətlərinin yüngül olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (APA)

Şəkidə qəza: bir ailənin 4 üzvü yaralandı – FOTO/VİDEO