Kişi ailə münaqişəsi zəminində öz evini yandırdı
Hadisə
Şamaxıda kişi öz evini yandırıb.
News24.az xəbər verir ki, hadisə rayonun Məlikçobanlı kəndində baş verib.
Əraziyə Şamaxı rayon yanğınsöndürənləri cəlb olunub.
Yanğın zamanı kənd sakini Ağayev Ağayar Ağaverdi oğluna məxsus, ümumi sahəsi 35 kv.m olan birmərtəbəli fərdi yaşayış evinin yanar konstruksiyaları tamamilə yanıb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Məlumata görə, evin ailə münaqişəsi zəminində 1983-cü il təvəllüdlü Ağayev Ağayar Ağaverdi oğlu tərəfindən qəsdən yandırıldığı ehtimal olunur. (Qafqazinfo)