Kişinin meyiti qardaşının həyətindən tapıldı
Hadisə
Qazaxda evin həyətində kişi meyiti tapılıb.
News24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Qaymaqlı kəndində qeydə alınıb.
Belə ki, 1963-cü il təvəllüdlü Əhmədov Ənvər İmran oğlunun meyiti həmin kənddə qardaşına məxsus evin həyətində, ağaclıq ərazidə tapılıb. Mərhumun hansı səbəbdən ölməsi bəlli deyil.
Faktla bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılır.