Kiyevə dron hücumunda Azərbaycan vətəndaşı həlak oldu - Yaralılar var

Kiyevə dron hücumunda Azərbaycan vətəndaşı həlak oldu - Yaralılar var Hadisə

Ukraynanın paytaxtı Kiyev ətrafında yerləşən “Stolıçnı” kənd təsərrüfatı bazarı Rusiya ordusunun reaktiv dron hücumuna məruz qalıb.

News24.az xəbər verir ki, hücum nəticəsində Azərbaycan vətəndaşı, Kürdəmir rayon sakini, 1978-ci il təvəllüdlü Abbas Abbasov həyatını itirib.

Məlumata görə, Abbas Abbasov bazarda ticarətlə məşğul olub.

Hücum zamanı daha bir neçə Azərbaycan vətəndaşının da yaralandığı bildirilir. Yaralananların kimliyi müəyyənləşdirilir.(qafqazinfo)