Körpələr evində qalmaqal: Uşaqlar işçilərin evində saxlanılıb? - Yeniləndi
Hadisə
Paytaxtın Biləcəri qəsəbəsində yerləşən 298 saylı körpələr evində qalmaqal yaşanıb.
News24.az xəbər verir ki, valideynlər bağçanın müdiri Aysel Alməmmədovanın körpələr evinə qeydiyyatdan kənar uşaqlar götürdüyünü bildiriblər. "Bir neçə gün əvvəl bağçaya yoxlama gəlib. Aysel Alməmmədova bu səbəbdən qeydiyyatdan kənar olan uşaqları bağçanın əməkdaşlarının evlərinə göndərib. Bu proses 5 gün davam edib.
Valideyn isə bundan xəbərsiz olub. Elə bilirik ki, uşaq bağçadadır. Sən demə, uşaqlar 5 gün bağça işçilərinin evlərində saxlanılıblar. Məsələni gizlətmək üçün yalandan deyirdilər ki, guya uşaq yatıb, yemək yeyir və s", - deyə əlavə edilib.
Qeyd edək ki, A.Alməmmədova 2017-ci ildən etibarən 298 saylı körpələr evinin müdiridir. (unikal.az)
****
"Paytaxtdakı 298 nömrəli körpələr-evi uşaq bağçasının fəaliyyətinə dair iddialarla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılacaq".
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir:
"Məktəbəqədər təhsil müəssisələrində aparılan monitorinqlər davamlı xarakter daşıyır və aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin edilir".