Körpəsi ilə dəhşətli qəzaya düşən qadının vəziyyəti açıqlandı
Hadisə
Xəbər verdiyimiz kimi, dünən “Toyota Prado” markalı avtomobil körpəsini uşaq arabasında aparan piyada A. Abdullayevanı vurub.
TƏBİB-dən News24.az-a bildirilib ki,ötən gün saat 09:40 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu ərazisindən çağırış qeydə alınıb.
“Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. Briqada tərəfindən 2 nəfər (qadın və körpə) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Bədənin bir neçə nahiyəsinin sınığı diaqnozu təyin edilən 1990-cı il təvəllüdlü şəxsin müalicəsi Kliniki Tibbi Mərkəzdə davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.
Başın açıq yarası diaqnozu təyin edilən 2025-ci il təvəllüdlü körpənin (kişi cinsli) vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb”, - məlumatda deyilir.