Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası insident törətdi - Həbs edildi
Hadisə
Paytaxtın Qaradağ rayonunda yerləşən məktəblərin birində kosmetik vasitələrdən istifadə edən 9-cu sinif şagirdi dərsə buraxılmadığına görə insident baş verib.
News24.az xəbər verir ki, şagirdin atası Ç.Balabəyov direktorla münaqişə yaradaraq məktəbin iş rejimini pozub, müəllimlərə qarşı nalayiq ifadələr işlədib.
O, polis tərəfindən saxlanılaraq həbs edilib./Qafqazinfo