Küçədə həmyerlisini döyərək xəsarət yetirən şəxs azadlığa buraxıldı

Küçədə həmyerlisini döyərək xəsarət yetirən şəxs azadlığa buraxıldı Hadisə

Sumqayıt Apellyasiya Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Xalid Musayevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

News24.az xəbər verir ki, hakim Rəşadət Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, cəza təyini hissə dəyişdirilib, ona 7 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib və azadlığa buraxılıb.

İttihama görə, hadisə 2025-ci il tarixdə saat təxminən 03:30 radələrində Qusar rayonunun Atlıxan kəndində baş verib.

Belə ki, həmin vaxt Xalid Musayev yaşadığı fərdi yaşayış evinin qarşısında olub. O, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə qəfil şəkildə zərərçəkmiş Fariz Umudova (adı, soyadı şərtidir) hücum edib. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sifət nahiyəsinə qəsdən bir dəfə kəllə zərbəsi vurub. Zərbə nəticəsində Farizin üz nahiyəsindən xəsarət aldığı müəyyən edilib.

Hadisədən sonra Xalid Musayev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Qusar Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmişdi.//pravda.az