Küçədə xuliqanlıq edən şəxs saxlanıldı

Küçədə xuliqanlıq edən şəxs saxlanıldı Hadisə

Bakıda küçədə xuliqanlıq hərəkətləri edən şəxs inzibati məsuliyyətə cəlb olunub.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə Qaradağ rayonunda qeydə alınıb. Xocalıdan məcburi köçkün olan 1995-ci il təvəllüdlü Asim Məmmədli (şərti ad) Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsində qabaq hissəsi qəzalı vəziyyətdə və buferi olmayan “BMW” markalı avtomobili idarə edərkən yol polisinin "saxla” əmrinə tabe olmayaraq hərəkət edib.

Asim Məmmədli saxlanılaraq polis bölməsinə aparılıb. Burada o, özünə xəsarət yetirməyə cəhd göstərib. Barəsində inzibati protokol tərtib olunan 30 yaşlı şəxs rayon məhkəməsinin qərarı ilə 8 sutka müddətinə həbs edilib.

Yaşar Araz