Kukla Teatrın mühafizəçisi bıçaqlandı

Kukla Teatrın mühafizəçisi bıçaqlandı Hadisə

Gəncədə 50 yaşlı kişi  çalışdığı teatrın qarşısında bıçaqlanıb.

News24.az xəbər verir ki, hadisə Gəncə Dövlət Kukla Teatrının qarşısında qeydə alınıb.

Belə ki, 50 yaşlı Zaur Mustafayev mübahisə zəminində bıçaq xəsarəti alıb. O, xəstəxanaya yerləşdirilib.

Zərərçəkmişin sözlərinə görə, onu 15-16 yaşında yeniyetmə bıçaqlayıb.

Qeyd edək ki, xəsarət alan Gəncə Dövlət Kukla Teatrın mühafizəçisi olub.

Faktla bağlı araşdırma aparılır.