Küləkli hava səbəbindən xəsarət alanların sayı artdı - YENİLƏNDİ
Hadisə
Əlverişsiz hava şəraiti ilə əlaqədar iyulun 27-si tarixində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri üzrə 2 çağırış qeydə alınıb.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, çağırış ünvanlarına təcili tibbi yardım briqadası cəlb olunub:
"Saat 07:55 radələrində Səbail rayonu, Xəqani küçəsi ərazisindən qeydə alınan çağırış zamanı təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (qadın) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Saat 10:25 radələrində Nizami rayonu, Atletlər kəndi ərazisindən qeydə alınan çağırış zamanı isə 1 nəfər (kişi) Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub"
11:56
Bakıda iyulun 27-də güclü külək nəticəsində dörd nəfər (2 kişi, 2 qadın) xəsarət alıb.
Bu barədə News24.az-a TƏBİB-dən məlumat verilib.
Onlardan ikisi (1 qadın, 1 kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Bir kişinin müalicəsi KTM-in Neyrocərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.
Bir qadına isə zəruri tibbi xidmətlər göstərilib, vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.
İki nəfər isə Səhiyyə Nazirliyinin tabeliyində olan Elmi-Tədqqiat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.