Külli miqdarda narkotik alverində təqsirləndirilən şəxs azadlığa - BURAXILDI

Külli miqdarda narkotik alverində təqsirləndirilən şəxs azadlığa - BURAXILDI Hadisə

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsi də təqsirləndirilərək həbs edilən Ramin Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

News24.az-ın məlumatına görə, hakim Faiq Qəniyev in sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə R. Rəhimovun cinayəti sübuta yetirilmədiyi üçün ona bəraət verilib. E

 Rəhimov məhkəmə zalından azadlığa buraxılıb. 

İttihama görə, R.Rəhimov Bakıda keçirilən əməliyyat zamanı saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitəni əldə etmə və daşıma) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.

Samir Əli