Kürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı - YENİLƏNDİ-2

Kürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı - YENİLƏNDİ-2 Hadisə

Kürdəmir rayonunda toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb.

Bu barədə News24.az-a Kürdəmir Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub, müvafiq yoxlamalar aparılır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Kürdəmirdə toy mərasimində zəhərlənənlərin sayı 50 nəfəri keçib.

News24.az xəbər verir ki, onlardan 7-si azyaşlıdır

Qeyd edək ki, hadisə ötən gün şəhər ərazisində yerləşən "Günəş" şadlıq sarayında qeydə alınıb.

Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Fakt araşdırılır. (Report)

***30 sentyabr 23:15

Kürdəmirdə toyda kütləvi zəhərlənmə baş verib.

News24.az-ın xəbərinə görə, hadisə şəhər ərazisində yerləşən "Günəş" şadlıq sarayında qeydə alınıb.

Belə ki, mərasim iştirakçılarının 13-ü qidadan zəhərlənib.

Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb, vəziyyətləri orta ağırdır.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Fakt araşdırılır. (Report)