Kürdəmirdə zəncirvari qəzada xəsarət alanların son vəziyyəti AÇIQLANDI
Hadisə
Kürdəmirdə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.
News24.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib:
"Kürdəmir rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 2 nəfər (kişi) 26.07.2026-cı il tarixində saat 9 radələrində Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onlardan 1992-ci il təvəllüdlü şəxsə döş qəfəsinin, qarının küt travması, qapalı kəllə-beyin travması, sağtərəfli çoxsaylı qabırğa sınıqları və travmatik şok diaqnozu təyin edilib. Kritik ağır vəziyyətdə daxil olan pasiyent reanimasiya tədbirlərinə cavab verməyib və saat 12:15-də bioloji ölüm faktı qeydə alınıb.
Xəsarət alan 1999-cu il şəxsə isə başın yumşaq toxumasının əziyi diaqnozu təyin edilib. Ona zəruri tibbi xidmət göstərilib və ambulator müalicə üçün evə buraxılıb".