Kuryerdən telefonu alıb aradan çıxdı
Hadisə
Abşeron rayonu ərazisində kuryer fəaliyyəti ilə məşğul olan şəxsə qarşı soyğunçuluq edilib.
News24.az DİN-ə istinadla xəbər verir ki, əməli törətməkdə şübhəli bilinən 20 yaşlı E.Şirinov saxlanılıb.
O, sifariş etdiyi 3950 manat dəyərində mobil telefonu ünvana çatdıran kuryerdən cihazı yoxlamaq bəhanəsi ilə alaraq hadisə yerindən qaçıb.