Laçın sakini Ağcabədidə gölməçədə boğulub öldü

Laçın sakini Ağcabədidə gölməçədə boğulub öldü Hadisə

Ağcabədidə balıq tutmağa gedən Laçın sakini gölməçədə boğularaq həyatını itirib.

News24.az xəbər verir ki, hadisə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən Axmaz gölməçəsində baş verib.

Belə ki, Laçın rayonunun Fingə kənd sakini, hazırda Fingə obasında yaşayan 1974-cü il təvəllüdlü Rafiq Əliyev balıq tutarkən suda boğulub.

Onun meyiti ərazidən keçən sakinlər tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.