Ləman Ələşrəfqızını aldadaraq pulunu alan şəxs saxlanıldı

Ləman Ələşrəfqızını aldadaraq pulunu alan şəxs saxlanıldı Hadisə

Ləman Ələşrəfqızını aldadaraq 600 manatını alan şəxs saxlanılıb.

News24.az xəbər verir ki, bu barədə jurnalist özünün feysbuk hesabında paylaşım edib.

Bildirib ki, həmin şəxsin saxlanılması barədə ona Daxili İşlər Nazirliyindən məlumat verilib. Onun sözlərinə görə, pul hazırda kartına qaytarılıb.

"Az əvvəl DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsindən İsfəndiyar Abbasov zəng etdi, kiberdələduzun saxlanıldığını bildirdi. Pulum karta qaytarıldı. Təbii, cinayətkarın kimliyini hələlik bilmirəm, amma düşünürəm ki, onunla üzləşmək imkanım olacaq.", – Ləman Ələşrəfqızı əlavə edib.

Xatırladaq ki, ötən gün İqbal Ağazadə özünə məxsus teleqram hesabının oğurlanması barədə paylaşım edib. Ardınca isə tanınmış jurnalist Ləman Ələşrəfqızı İqbal Ağazadənin profilindən ona yazılan mesajlara aldanaraq göstərilən hesaba 600 AZN pul köçürdüyünü bildirib.

Ləman Ələşrəfqızını aldadaraq pulunu alan şəxs saxlanıldı